Türk aktrisa Defne Kayaların yeni layihəsi müəyyənləşib.
OLAY yazır ki, uzun zamandır televiziyada görünməyən aktrisa “Yargı” serialı ilə ekranlara geri dönüb. Defne sözügedən ekran işində İclal obrazını canlandıracaq.
Qeyd edək ki, “Yargı”nın rejissoru Defne Kayaların həyat yoldaşı Ali Bilgindir. Cütlük daha öncə “Delibal”, “Al Yazmalım”, “20 Dakika” və “Medcezir” layihələrində də birgə çalışıb.