Film / Serial
Film / Serial

Barış Mançonu kim canlandıracaq?

Barış Mançonu kim canlandıracaq?

Mərhum müğənni Barış Mançonun bioqrafiya filmində sənətçiyə kimin həyat verəcəyi gündəmə gəlib.

OLAY yazır ki, Manço üçün 4 məşhur aktyorun adı çəkilir. Bu barədə türk mətbuatı məlumat yayıb.

Bu simalar Engin Akyürek, Birkan Sokullu, Mehmet Günsür və Alp Navruzdur.

Yayda çəkilməsi planlaşdırılan filmin rejissoru isə hazırda “Kızılcık Şerbeti” serialına imza atan “Ketche” ləqəbli Hakan Kırvavaç olacaq.