Film / Serial
Film / Serial

Məşhur türk aktyoru koronaya yoluxdu

Məşhur türk aktyoru koronaya yoluxdu

Türkiyənin məşhur aktyoru Erdal Özyağcılar koronavirusa yoluxduğunu açıqlayıb. 

OLAY yazır ki, ümumi olaraq səhhətinin yaxşı olduğunu bildirən Özyağcılar 10 gün karantində olacağını qeyd edib. 

“Narahat olmayın, peyvənd vurmuşam.  Axşam tamaşa olduğu üçün ehtiyat üçün PCR etdirmişəm, heç bir əlamətim yoxdur, daş kimiyəm”.

Tamaşaçılara səslənən Özyağcılar “Biletləri ləğv etməyin, 10 gün sonra görüşərik”,- deyə qeyd edib.