Kanal D-nin rekord qıran serialı “Yargı”nın çəkilişlərinə iki həftə fasilə verilib.
OLAY yazır ki, buna səbəb ekran işinin baş qəhrəmanı Pınar Denizin koronavirusa yoluxmasıdır.
Mövzu barədə layihənin rəsmi tvitter hesabında məlumat verilib.
Qeyd olunub ki, Pınarla yanaşı onun sevgilisi Yiğit Dənizdən də “COVID- 19” aşkarlanıb.
Aktrisa səhhəti ilə bağlı açıqlama da verib.
“Yaxşıyam. Amma xəstəxanalar dolu idi! Virusa yoluxanlar çoxalıb. Özümüzün və başqalarının sağlamlığı üçün diqqətli olmalıyıq”,- deyə bildirib.
P. Deniz ev şəraitində müalicəsini davam etdirir.