Yaponiyanın Oskar təmsilçisi olaraq qısa siyahıya daxil edilən “Drive My Car” filmi ilin ən sevimli istehsalatlarından biridir.
OLAY yazır kmi, Kann Film Festivalından əli dolu qayıdan qayıdan layihə Nyu York Film Tənqidçiləri Dərnəyi tərəfindən ən yaxşı film seçilib və Oskar almağa iddialıdır.
Rejissorluğu Ryusuke Hamaquçinin etdiyi və Haruki Murakaminin qısa hekayəsi əsasında çəkilən kinoda baş rollarda Hidetoshi Nishijima, Toko Miura və Masaki Okada çəkilib.
28 yanvar 2022-ci ildə ekranlara çıxacaq film dram janrındadır, orijinal adı “Doraibu mai kā”dır.
Hazırda Oskar-da ən yaxşı beynəlxalq film kateqoriyası üzrə namizəd göstərilib və kinotənqidçilərin fikrincə, qalib olmağa layiq real ekran işidir.