Film / Serial
Film / Serial

“Oppenheymer”-dən tarixi rekord

“Oppenheymer”-dən tarixi rekord

Rejissor Kristofer Nolanın atom bombasının yaradıcısı Robert Oppenhaymerdən bəhs edən bioqrafik “Oppenheymer” filmi kino tarixində öz janrında ən çox gəlir gətirən ekran işi olub. 

OLAY yazır ki, “Oppenheymer” 912,7 milyon dollar gəlirlə "Bohemian Rhapsody"-ni (910 milyon dollar) geridə qoyub. 

“Oppenheymer” eyni zamanda "Barbie" və "Super Mario Bros. The Movie"dən sonra 2023-cü ilin ən çox gəlir gətirən üçüncü filmi olub.