Qreta Qerviqin "Barbie" komediyası dünya miqyasında nümayişindən iki həftə yarım sonra bir milyard dollar qazanıb.
OLAY yazır ki, bu barədə filmin yaradıcıları məlumat veriblər.
Ekran işi ABŞ-da 459 milyon dollar, dünya üzrə isə 572 milyon dollar gəlir əldə edib.
“Barbie”-nin dünya premyerası 21 iyul tarixində Kristofer Nolanın “Oppenheymer” dramı ilə eyni gündə baş tutub. Film “Super Mario Bros.”-dan sonra 2023-cü ilin ən çox gəlir gətirən ikinci ekran işidir.
Həmçinin qadın rejissorun indiyə qədər ən çox qazanc gətirən filmdir.