Türkiyədə bir nəfərin dənizdə dalğalar arasında namaz qılmasının görüntüləri qısa zaman ərzində sosial mediada müzakirə mövzusuna çevrilib.
OLAY yazır ki, görüntülərə 1994-cü il "Avropa gözəli" Didem Uzel səssiz qala bilməyib.
Fərqli yerlərdə namaz qılmağın düzgün olmadığını deyən Üzel, "Heç kim gedib bu insanlara səbəbini soruşmur? Mənim evimdə də namaz qılanlar var. Onlar üçün ən təmiz, ən gözəl yeri hazırlayıram. Dənizdə, maşının üzərində, avtomobil yolunda niyə?" -deyə bildirib.