“Mən balaca olanda küçədə çarəsiz, gözü görməyən, əli-ayağı olmayan, ya da dilənçilik etməyə məcbur qalan insanlarla rastlaşdıqda evdə ağlayıb deyirdim ki, belə qəddar həyatda yaşamaq istəmirəm, dünyadan zəhləm gedir”.
OLAY yazır ki, bu sözləri instaqram hesabında Xalq artisti Birilliant Dadaşova qeyd eidb. O, münsif olduğu mahnı müsabiqəsindən bəhs edərək bunları yazıb:
“Hələ özümün böyüdükdən sonra nə hücumlara, şər-böhtanlara məruz qalacağımdan xəbərsiz idim. “Səs Azərbaycanda” oyunun qaydalarına uyğun məcburən Fuadı kənarlaşdıranda özümdən zəhləm getdi. Mirəhmədi də oyundan kənar etsəydim, eyni hissləri yaşayacaqdım. Elə ən başından Naziləni, Leylanı, Könülü, Cəlalı, Elsevəri də... Kimi uzaqlaşdırdımsa, paralel olaraq eyni hissləri yaşadım. Bu nə dünya, nə mizah, nə imtahan, nə sınaqdır... Yaxşı ki, özümə təsəlli verməyə imkan var. Düşünürəm ki, onları tanıdım, bəlkə sənət yollarında dəstək ola bilərəm. Nə olsun ki, düşünürəm? Bunları etməyənə qədər gözümə yuxu getmir”.