Məşhur “Eyforiya” serialında "Fesko" obrazı ilə tanınan aktyor Anqus Kloud bir həftə əvvəl 25 yaşında ailəsinin Oklenddəki evində vəfat edib.
OLAY yazır ki, bu faciəvi xəbərin ardınca media ölüm səbəbinin panik və narahatlıq pozğunluqlarını müalicə etmək üçün istifadə edilən, yüksək dərəcədə asılılıq yarada bilən preparatdan yüksək dozada istifadə olduğu bildirib.
Lakin aktyorun anası Liza Kloud oğlunun preparatın öldürücü dozasını qəsdən qəbul etdiyinə inanmır: “Oğlum atasının mezoteliomadan (xərçəng növlərindən biri) vaxtsız vəfat etdiyi üçün dərin hüzn içində olsa da, son günü sevincli idi".
Liza oğlunun intihara meyilli olduğuna inanmadığını deyib: "Axşam qucaqlaşıb bir-birinizə "gecən xeyrə" deyəndə, "səhər görüşərik" cavabını verdi. Bundan sonra nəsə qəbul edib-etmədiyini bilmirəm... Bircə onu bilirəm ki, layihələri üzərində işlədiyi stolun üstünə başını qoyub, yatıb, oyanmayıb. Ola bilsin ki, o, təsadüfən həddindən artıq dozada qəbul edib, amma aydındır ki, onun bu dünyanı tərk etmək fikri yox idi".