“İşıqforda dayandım. Hər kəs avtomobilimin üzərinə çıxmağa başladı. Paltarımı və saçlarımı dartmağa başladılar”.
OLAY yazır ki, bu sözləri məşhur Hollivud aktrisası Şeron Stoun “Əsas instinkt” filmi ilə bağlı etdiyi açıqlamada deyib.
O bildirib ki,sözügedən filmə görə qonorar almayıb: “Az pul qazandım. Maykl Duqlas isə 14 milyon dollar qonorar aldı. Hətta qazancım növbəti il “Oskar” mükafatlandırma gecəsinə libas alacaq qədər də deyildi”.
Qeyd edək ki, Şeron Stounun 1992-ci ildə ekranlara çıxan "Əsas instinkt" filmindəki məşhur səhnə ilə yadda qalıb.