"Ceyms Bond" filmləri ilə tanınan 88 yaşlı aktrisa Cudi Denç maraqlı etiraf edib.
OLAY yazır ki, aktrisa səhhəti ilə bağlı artıq oxuya bilməsə də, aktyorluq karyerasını bitirmək istəmədiyini deyib.
O, kinodan ayrılmaq istəmir və mümkün qədər çox işləməyə çalışır.
"Mən həqiqətən çəkilişdə görə və oxuya bilmirəm" - deyə C.Denç bildirib.
Aktrisa dostlarının ona kömək etdiyini açıqlayıb: "Sadəcə buna dözməliyəm. Uzun replikalar mənim üçün çətindir. Hələ ki, bunu həll etməyə bir yol tapmamışam".