Aktrisa Meqan Foks pərəstişkarlarından 30 min dollar istəyib.
OLAY yazır ki, o, bununla bağlı "Instagram" hesabında paylaşım edib.
Aktrisa rəfiqəsinin atasının müalicəsi üçün bu addımı atıb. Lakin onun bu hərəkəti tənqidlə üzləşib. Foksun pərəstişkarları 8 milyon dollar sərvəti olan aktrisadan rəfiqəsinə niyə kömək etmədiyini soruşublar və paylaşımın zarafat xarakterli olduğuna inanmaq istədiklərini dilə gətiriblər.