Türkiyənin “Star” telekanalı üst-üstə bir çox uğursuzluqla yaşayıb. Belə ki, kanalın bir neçə serialı ard-arda reytinq qurbanı olub.
OLAY yazır ki, yeni sezona iddialı başlayan telekanal “Sana söz”, “Benim hayatım” və “Ada masalı” kimi layihələri izləyicilərinə təqdim edib. Lakin baş rollarını Ayça Ayşin Turan və Alp Navruzun paylaşdığı “Ada masdalı” serialının reytinqləri çox aşağı olduğu üçün final edib.
Bundan başqa, hələ iki bölümü yayımlanan “Annemizi saklerken”dən də istənilən reytinq əldə olunmayıb. Hande Doğandemir, Kutsi və Yeşim Ceren Bozoğlunun rol aldığı ekran işi gözləntiləri qarşılamayıb. Ssenarisi və aktyor heyəti ilə diqqət çəkən “Annemizi saklarken” bu il Star-ın ən bəxtsiz serialı olub.
Həmçinin, “Sana söz” serialının da 7-ci bölüm də ekrana vida etməsi izləyiciləri təəccübləndirib. Erkan Petekkaya və Nehri Erdoğanın baş rolu olduğu serial “Destan, “Masumlar apartmanı” kimi rəqiblərinə uduzub.