Film / Serial
Film / Serial

Türkan Şoray onun ölüm xəbərini aldı

Türkan Şoray onun ölüm xəbərini aldı

Türkiyəli məşhur aktrisa Türkan Şoray pərəstişkarlarından Metin Şamdanın vəfat etdiyi xəbərini eşitdikdən məyus olub.

OLAY yazır ki, aktrisa Şamdanın vəfatı ilə bağlı "İnstagram" hesabında paylaşım edib. 

"Çox üzgünəm. Mətin Şamdanı itirdik. Ölkə xaricindəyəm, yeni xəbər tutdum. İllərdir mənə sonsuz sevgisini həsr edib. Nə desəm hisslərimi izah edə bilməyəcəyəm. Rahat yat. Səni unutmayacağam, əziz Metin Şamdan" - deyə Şoray yazıb. 

Qeyd edək ki, Metim Şamdan məktəb illərində baxdığı filmlərlə Türkan Şoraya heyran olmağa başlayıb. O, Şoraya olan heyranlığına görə özünü sənətə həsr etmib və Üsküdar Musiqi Cəmiyyətində əvvəlcə rəssamlıq, sonra isə musiqi təhsili alıb.