Türkiyədə Qurtuluş Döyüşünün son 24 saatı haqda film çəkilir.
OLAY yazır ki, Xüsusi olaraq Cümhuriyyətin 100 illiyi üçün çəkiləcək film cəbhədə vuruşmuş leytenant Qalipin əsl sevgi hekayəsindən, eləcə də milli mübarizədən bəhs edəcək.
Ssenarisini Deniz Aydekin yazdığı filmin çəkilişləri Manisanın Kula rayonunda aparılacaq. Çəkilişlərinə yaxın aylarda başlanacaq filmin baş rolu üçün Çağatay Ulusoya təklif gəlib.
Danışıqların davam etdiyi layihəyə Ulusoyun müsbət baxdığı öyrənilib. Ulusoy təklifi qəbul edərsə, aktrisa Duyğu Mercanla kamera qarşısına keçəcək.