Xalq artisti Valeh Kərmov rol aldığı “Bəxt üzüyü” filmi ilə bağlı maraqlı açıqlamalar verib.
OLAY yazır ki, bu barədə o, “ATV səhər”ə açıqlama verib. V. Kərimov mərhum Firəngiz Rəhimbəyova ilə ekran işindəki səhnəsindən danışıb:
“Mən çəkilmişəm, özümə nəyə baxım? Güzgüyə başımı daramaqdan başqa vaxt da baxmıram. Başqasını izləyirəm. Oynadığım roldan yenidən izləyib ləzzət ala bilmərəm. Hamı məndən soruşur ki, o açarı niyə götürmədim? Yaxınlaşır, deyirəm, bilirəm sualını. Orada söyüş yoxdur, müəllifdən gələn yumorlu sözlərdir”.