Dünya ulduzu Ledi Qaqa rol aldığı “House of Gucci” filmi barədə maraqlı açıqlamalar verib.
OLAY yazır ki, bu barədə sənətçinin özü məlumat verib. Sənətçi ekran işində Patrizia Reggiani obrazını canlandırarkən bir tibb bacısından kömək alıb. O, filmdə rol aldığı zamanları “qaranlığı evə gətirirdim, çünki Reggianın həyatı qaranlıq idi” sözləri ilə yada salıb.
Hələ filmin çəkilişləri başlamadan əvvəl psixiatr axtardığını söyləyən Qaqa iş qurtarana qədər bir səhiyyə işçisi ilə çalışıb:
“Bu rola hazırlaşmağımdan üç il ötür. Mən bir il yarım Reggiani kimi yaşadım, vurğu ilə danışdım. Bunu çəkiliş bitdikdən sonra da dayandırmadım. Hər yerdə belə idim. Birdən saçımı rənglətməli oldum, baxdığım, toxunduğum hər şeyi, pulu harada və nə vaxt görə biləcəyimin fərqində idim. Film bitdikdən sonra da bəzi psixoloji problemlərim oldu. Mən hər yerdə Reggiani kimi idim. Məsələn, bir gün İtaliyada yeridiyimi xatırlayıram. İki aydır yürüşə çıxmırdım, elə bildim ki, çəkiliş meydançasındayam”.