“Yalı çapkını”nın ulduzu Afra Saraçoğluna verilən sual aktrisanı çıxılmaz vəziyyətə qoyub.
OLAY yazır ki, “Elle Style” mükafatlandırma gecəsinə qatılan sənətçi jurnalistlərə müsahibə verib. Müxbirlər onun tərəf müqabili Mert Ramazan Demirlə münasibətinin olub-olmamağı barədə sual ünvanlayıblar. Bu zaman Beyaz TV-nin müxbiri “Mert bəy homoseksualdır”, - deyə, Afraya sual verib. Aktrisa isə sualı cavablandırmayıb. Sənətçinin sual qarşısında çaş-baş qalması diqqət çəkib.
Beyaz TV-nin müxbiri verdiyi suala görə sosial mediada linç edilib.