“Yalı Çapkını” serialının ulduzu Gözde Kansu partnyoru Emre Altuğla eşq yaşaması barədə yayılan iddiaları yalanlayıb.
OLAY yazır ki, o, KİV-in suallarını cavablandırarkən həmkarı ilə yaxın dost olduğunu vurğulayıb:
“Sevgili deyilik. Emre çox sevdiyim bir dostumdur. Biz xəbərləri görəndə “Demək ki, ər-arvad kimi yaraşırıq” deyərək güldük. Onunla dostluq möhtəşəmdir. Həyatımda kimsə yoxdur və buna görə xoşbəxtəm. Mən işimlə sevgi yaşayıram”.