Film / Serial
Film / Serial

İkinci başlamadan üçüncü sezon çəkilişləri bitdi

İkinci başlamadan üçüncü sezon çəkilişləri bitdi

Birce Akalay, İbrahim Çelikkol və Miray Daner kimi məşhur aktyorların baş rol olduğu “Kuş uçuşu”nun üçüncü sezon çəkilişləri bitib. 

OLAY yazır ki, “Ay Yapım” istehsalı olan ekran işinin ikinci mövsümü yayımlanmadan, üçüncü ilə bağlı hazırlıqlar yekunlaşıb. 

Hətta Lalenin (Birce Akalay) kürsüsünü ələ keçirən Aslı (Miray Daner) arasında izləyiciləri təəccübləndirəcək bir bağ yaranacağı iddia olunur.

Bundan əlavə, məlumata görə, Burak Yamantürk Selim obrazına son mövsümdə həyat verməyəcək.

Qeyd edək ki, rejissorluğunu Koray Kerimoğlunun etdiyi serialda Melih Selçuk, İtır Esen, Zafer Ergin, Burak Sergen və Arif Pişkin kimi tanınmış adlar da rol alıb.

Samirə Sərkər