“Kuş Uçuşu” serialının 3-cü sezonunun da çəkilməsinə qərar verilib.
OLAY yazır ki, Birce Akalay, İbrahim Çelikkol, Burak Yamantürk və Miray Daner kimi məşhur simaları birləşdirən “Ay Yapım” imzalı ekran işinin 2-ci sezon çəkilişləri ötən günlərdə tamamlanıb.
Komanda qısa fasilənin ardından 3-cü sezonun çəkilişlərinə martın 2-ci həftəsində başlayacaq.
Qeyd edək ki, ikinci sezonunu Koray Kerimoğlunun rejissorluq etdiyi serialda Melih Selçuk, Itır Esen, Zafer Ergin, Burak Sergen və Arif Pişkin kimi sənətçilər də yer alıb.