Aktrisa Hafsanur Sancaktutanın intihara cəhd etdiyi iddia olunub.
OLAY yazır ki, bu barədə Bircan Bali “Söylemez olmaz” proqramında danışıb:
“Hafsanur keçmiş sevgilisi ilə dava edib və münasibətini bitirib. Daha sonra evində dərmanlar içərək damarlarını kəsib. Sevgilisi Deniz Can Aktaşa zəng edərək “Yaxşı deyiləm, özümə zərər verəcəyəm” deyir və fotolar çəkərək ona göndərir. Deniz Can da həmin evə ambulansı yönləndirir. Xəstəxanaya aparılan Hafsanurun mədəsi yuyulur və ilk müdaxilə edilir. Hafsanur hadisənin gizlətmək üçün adının sənədlərdə yer almamağını istəyir və gecə də xəstəxanadan çıxmaq istəyir. Bu xəbərimin arxasındayam, xəstəxanadakı danışıqlara qədər hər şeyi ortaya çıxararam. Çıxıb intihar etmədim, zəhərlənmişəm deyəcək”.
Bircanın iddiasından sonra Hafsanur bu barədə açıqlama verib:
“Az öncə televiziyada yayımlanan maqazin proqramında məni və ailəmi kədərləndirən və pis vəziyyətdə qoyan xəbər verilib. Müalicə aldığım xəstəxanadan lazımi sənədləri alaraq hüquqi yola baş vuracağam. 22 yaşında ailəsini, işini və həyatı çox sevən bir gəncəm. Belə bir xəbərə məruz qaldığım üçün kədərliyəm. Mediada və sosial şəbəkələrdə bu mövzuda vicdanlı davranılacağına, xəbərə etibar edilməyəcəyinə inanıram. Həssaslıq göstərən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, aktrisanın son dönəmlər Mert Yazıcıoğluyla sevgili olması barədə xəbərlər yayılırdı.