Film / Serial
Film / Serial

Məşhur serialın yayım tarixi açıqlandı

Məşhur serialın yayım tarixi açıqlandı

“Netflix” “Kulüp” serialının ikinci sezonunun yayım tarixini açıqlayıb.

OLAY yazır ki, ekran işinin növbəti mövzusu sentyabr ayında izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, 1950-ci illərin təsvir edildiyi serialın çəkilişləri İstanbul – Beyoğlunda İstiklal prospektində gerçəkləşib. 

Dönəmin Türk-Yəhudi həyat tərzini göstərən serialda ladino dilində (yəhudi ispancası) danışılan səhnələrdə bu dili danışan 50 nəfər rol alıb.

“Kulüp”də baş rolları Gökçe Bahadır, Salih Bademci, Barış Arduç, Asude Kalebek, Fırat Tanış və Metin Akdülger oynayır.