“Netflix”də yayımlanan Türkiyə istehsalı “Kulüp” serialının kadrarxası görüntüləri yayımlanıb.
OLAY yazır ki, 1950-ci illərdən bəhs edən ekran işi üçün xeyli sayda dijital effektlərdən istifadə edilməsi “Netflix Türkiye”nin rəsmi “Youtube” hesabında video yayımlanıb.
Serialın çəkilişləri İstanbul – Beyoğlunda İstiklal prospektində gerçəkləşib. Dönəmin Türk-Yəhudi həyat tərzini göstərən serialda ladino dilində (yəhudi ispancası) danışılan səhnələrdə bu dili danışan 50 nəfər rol alıb.
Qeyd edək ki, hələ ki 2 sezonu yayımlanan “Kulüp”də baş rolları Gökçe Bahadır, Salih Bademci, Barış Arduç, Asude Kalebek, Fırat Tanış və Metin Akdülger oynayır.