Aktyor və aparıcı Şəhriyar Əbilov Hindistanda filmə çəkilib.
OLAY-ın məlumatına görə, o, “Ruslan” adlı ekran işi üçün Bollivuda dəvət alıb. Layihənin ilk çəkilişləri Bakıda lentə alınıb. Şəhriyar filmdə azərbaycanlı iş adamı obrazını canlandırıb.
4 gün ərzində baş tutacan çəkilişlər Mumbayda və ona yaxın ərazilərdə gerçəkləşib. Film öncə kinoteatrlarda, daha sonra “Netflix”də yayımlanacaq.