36 ildən sonra gələn “Top Gun” filminin davamı “Top Gun: Maverick” nümayişindən bir il keçməsinə baxmayaraq, kassa rekordları qırmağa davam edir.
OLAY yazır ki, məşhur amerikalı aktyor Tom Kruzun baş rolda oynadığı ekran işi ötən il kassada böyük uğur qazanıb.
Bu, həm də Tom Kruzun karyerasının ən çox gəlir gətirən filmi olub. Ekran işi Yaponiyada 102 milyon dollara yaxın gəlir gətirərək, rekord qırıb.
Qeyd edək ki, digər tərəfdən, Top Gun: Maverick 1,5 milyard dollarla 2022-ci ilin ən çox gəlir gətirən filmi olub.Film ən yaxşı film də daxil olmaqla altı “Oskar”, həmçinin dörd “BAFTA” və iki “Qızıl Qlobus” Mükafatı nominasiyası qazanıb.
Samirə Sərkər