Film / Serial
Film / Serial

Al Paçinonun 4-cü övladı olacaq

Al Paçinonun 4-cü övladı olacaq

Dünyaca məşhur aktyor Al Paçino tezliklə dörd uşaq atası olacaq.

OLAY yazır ki, 82 yaşlı aktyor və sevgilisi Noor Alfallah körpə gözləyir. Xəbəri Paçinonun nümayəndəsi təsdiqləyib. 

Qeyd edək ki, 29 yaşlı Alfallah 2022-ci ilin aprelindən bəri Paçino ilə sevgilidir.Kino ulduzunun başqa münasibətlərindən 3 övladı - 33 yaşlı qızı Culi Paçino, 22 yaşlı əkizləri - Oliviya Paçino və Anton Ceyms Paçino var.