“Yalı çapkını”nın ulduzu Mert Ramazan Demir bu dəfə də bir məşhura bənzədilib.
OLAY yazır ki, “2-ci sayfa” verilişində qonaq olan müğənni Semiha Yankı onu mərhum həmkarı İbrahim Erkala oxşadıb. İfaçı bildirib ki, Mertin baxışları Erkalı yada salır.
Qeyd edək ki, İ. Erkal 2017-ci ildə yıxılmış, beyninə qan sızmışdı, bir neçə gün xəstəxanada müalicə olunsa da, həyatını xilas etmək mümkün olmamışdı.
Xatırladaq ki, Merti daha əvvəl Cuş Hustyona, Tarkana və Avroviziya təmsilçimiz Fərid Məmmədova bənzətmişdilər.