Türkiyəli aktrisa Nurseli İdiz “Yalı çapkını” serialının baş rol ifaçısı Mert Ramazan Demir haqda tənqidi fikirlər səsləndirib.
OLAY yazır ki, sənətçi “2.sayfa” proqramında aktyoru ağ yuyub, qara sərib desək, yanılmarıq.
İdiz bildirib ki, Mertin nə yaraşığı, nə də aktyorluq qabiliyyəti var:
“Onda bir şey görə bilmirəm, amma bu uşağı həddən artıq yuxarı qaldırmağa çalışırlar. Çox gəncdir, bir neçə layihəsini görməliyəm. Məndə antipatiya yaradır. Ondan elektrik ala bilmirəm. Nə çox yaraşıqlıdır, nə də yaxşı bir aktyordur. Bunun kimisi çoxdur, amma 5-10 il sonra nə olacağını bilmirəm. Böyük bir aktyorluğunu görə bilmədim.
Belələrinə pislik edirlər: o qədər şişirdirlər ki, 10 il sonra depressiyaya düşürlər. Hər kəsin bir dövrü var. O dövrdə çox yüksəlirlər, ondan sonra da yerə çırpılırlar. Bunları hamımız yaşamışıq. Bu uşaq bir serialda uğursuz olsa, depresiyaya düçar olar. 20 il ortalıqdan itib, yenidən sənətə geri qayıdanlar çoxdur. Hər şeyi qədərində yaşamaq lazımdır”.
Qeyd edək ki, Mert Ramazan Demir “Arka sokaklar”, “Diriliş Osman”, “Fazilet hanım ve kızları” seriallarında çəkilib.