“Netflix” məşhur “Squid Game” seriyasına əsaslanan və “Squid Game: The Challenge” adlı müsabiqənin rəsmi buraxılış tarixi açıqlanıb.
OLAY yazır ki, məşhur platforma layihənin bu ilin sonunda tamaşaçılarla görüşəcəyini qeyd edib. “Squid Game: The Challenge” 2023-cü ilin noyabrında çıxacaq.
Bildirilir ki, yarışma 10 epizoddan ibarət olacaq və 4,56 milyon dollarlıq baş mükafat üçün 456 rəqib çətin oyunlara qatılacaq.