Selahattin Paşalı və Ekin Koçun baş rol olduğu “Kurak Günler” filmi yenidən gündəmə gəlib.
OLAY yazır ki, buna səbəb layihənin “Netflix”də yayımlanması olub.
Qeyd edək ki, “Kurak günler” filmi 59-ci Antalya Altın Portakal Film Festivalından 9 mükafatla ayrılıb.
Ekran işi Kann Film Festivalında LGBTİ+ filmlərin yer aldığı “Queer Palm” kateqoriyasında yarışın. Film Türkiyədə ötən ilin 25 noyabrında nümayiş etdirilib.
Xorvatiyada keçirilən film festivalında ekran işi “Ən yaxşı film” mükafatı ilə təltif olunub. Layihə quraqlıq problemi ilə üzləşən kəndə köçən hakimin hekayəsi ilə başlayır.