Baş rollarında Selahattin Paşalı və Ekin Koçun yer aldığı Emin Alplerin “Kurak günler” filmi 59-ci Antalya Altın Portakal Film Festivalından 9 mükafatla ayrılmışdı.
OLAY yazır ki, ekran işi 33-cü Ankara Film Festivalında daha 6 mükafat qazanıb. LGBTİ+ mövzulu film “Ən yaxşı film”, “Ən yaxşı aktyor”, “Ən yaxşı köməkçi aktrisa”, “Ən yaxşı köməkçi aktyor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı fantaziya” ödüllərinə layiq görülüb.
Qeyd edək ki, Türkiyədə 9 dekabrda nümayiş etdiriləcək film bundan öncə Xorvatiyada keçirilən festivalda “Ən yaxşı film” mükafatı ilə təltif olunub.
Layihə quraqlıq problemi ilə üzləşən kəndə köçən hakimin hekayəsi ilə başlayır.