Baş rollarında Selahattin Paşalı və Ekin Koçun yer aldığı Emin Alplerin “Kurak günler” filmi 59-ci Antalya Altın Portakal Film Festivalından 9 mükafatla ayrılıb.
OLAY yazır ki, ekran işi Kann Film Festivalında LGBTİ+ filmlərin yer aldığı “Queer Palm” kateqoriyasında yarışacaq. Film Türkiyədə 25 noyabrda nümayiş etdiriləcək.
Qeyd edək ki, film bundan öncə Xorvatiyada keçirilən film festivalında ekran işi “Ən yaxşı film” mükafatı ilə təltif olunub.
Layihə quraqlıq problemi ilə üzləşən kəndə köçən hakimin hekayəsi ilə başlayır.