Film / Serial
Film / Serial

Helmut Berger yuxuda ikən vəfat etdi

Helmut Berger yuxuda ikən vəfat etdi

Bir dönəmdə iz qoyan əfsanəvi avstriyalı aktyor Helmut Berqer 78 yaşında vəfat edib.

OLAY yazır ki, aktyorun yuxuda öldüyü öyrənilib. Bu barədə sənətçinin meneceri Verner məlumat verib:

“Helmut Berger yuxuda ikən ölüb. Səhər onunla vidalaşdım. Çox xoşbəxt görünürdü”.

Berger çoxsaylı layihələrdə, həmçinin “Ata 3”, “Lənətlənmiş” və “Lüdviq” filmlərində çəkilib.

Qeyd edək ki, Avropa kinosunun ulduzlarından olan Berger mayın 29-da 79 yaşını qeyd edəcəkdi.