Amerikalı məşhur aktyor Tom Hanks texnologiyanın necə sürətlə inkişaf etməsindən danışıb.
OLAY yazır ki, “The Adam Buxton” radiosuna danışan sənətçi zamanı gəldikdə Hollivudu süni intellektin ələ keçirəcəyinə dair proqnozlar verib.
O, həmçinin bildirib ki, öldükdən sonra süni intellekt sayəsində filmlərdə iştirak edə biləcəyini deyib:
“Hər kəs “deep fake” texnologiyası və ya süni intellektlə özünü yenidən yarada bilər. Sabah, ya o biri gün mən qəza nəticəsində ölə bilərəm. Ancaq daha sonra filmlərdə yer ala bilərəm. Karyeram davam edəcək. Hətta elə bir zaman gələcək ki, kinolarda aktyorun canlı adam olub-olmadığı müəyyən olunmayacaq. Çünki çox real görünəcəklər. Şübhəsiz ki, tamaşaçılar bu fərqi anlayacaqlar. Amma əsl məsələ odur ki, bu, onları nə dərəcədə maraqlandıracaq?”.