Aktrisa Pınar Deniz və sevgilisi Kaan Yıldırımın birgə yaşadığı mənzili təmirə bağlanıb.
OLAY yazır ki, cütlük buna görə başqa evə köçüb.
Türk saytlarında yayılan məlumatlara əsasən, Kaanla Pınarın tezliklə toya hazırlaşması iddia olunur. Buna səbəb kimi evin dizayn işləri ilə aktrisanın məşğul olması düşünülüb.
Qeyd edək ki, Pınar Deniz və Kaan Yıldırım cütlüyü bir ildən çoxdur münasibətdədirlər.