“Yuxu kimi” serialından ayrılan aktyor İbrahim Çingizin yeni layihəsi bəlli olub.
OLAY-ın əldə etdiyi məlumata görə, o, “21-ci möcüzə” adlanan filmdə baş qəhrəmanlardan birini canlandıracaq. İbrahimin partnyoru isə aktrisa və aparıcı Kəmalə Piriyevadır. Filmdə digər baş rolu isə Nicat Mehdi canlandırır.
Şahin Qəhrəmanın rejissorluq etdiyi melodramda aktyorlar Tural Əhməd, Məhəmməd Verdizadə, Elman Rəfiyev, aktrisalar Fidan Axundova və Mətanət Eres də çəkilir.
Film kinoteatrlarda nümayiş olunacaq.