Film / Serial
Film / Serial

“Harri Potter”in ulduzu ana olacaq

“Harri Potter”in ulduzu ana olacaq

“Harri Potter” film seriyasında “Cinni Uizli” obrazı ilə tanınan Bonni Rayt ana olmağa hazırlaşır.

OLAY yazır ki, 32 yaşlı britaniyalı aktrisa ilk dəfə ana olacağı barədə instaqram hesabında paylaşım edib.

Bonni əri Endryu ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq, “Uşağımız olacaq! Bu gözəl dünyanı onunla bölüşmək üçün çox xoşbəxtik. Hamiləlik çox heyrətamiz və həyəcanlı bir səyahətdir...” – sözlərini yazıb.