Çağatay Ulusoyun qalmaqallı serialı “Terzi”nin qala gecəsi keçirilib.
OLAY yazır ki, baş rolları oynayan Çağatay Ulusoy, Şifanur Gül və Salih Bademci kameralar qarşısına keçərək sualları cavablandırıb. Çağatay bildirib ki, ekran işinin 3 sezonu çəkilib.
Qeyd edək ki, aktyorun Peyami Dokumacını oynayacağı layihə 2 mayda izləyicilərə təqdim olunacaq. Əvvəlcə serialın TV8-də yayımlanması planlaşdırılırdı, sonradan serial “Netflix”ə transfer edildi
Onu da bildirək ki, “Terzi”də Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun ölümsüz əsəri “Füzuli kontatası” səsləndirilib.