Çağatay Ulusoyun qalmaqallı serialı “Terzi”nin treyleri yayımlanıb.
OLAY yazır ki, aktyorun Peyami Dokumacını oynayacağı layihə 2 mayda “Netflix”də izləyicilərə təqdim olunacaq. Baş rollarda Çağataydan başqa Şifanur Gül və Salih Bademci oynayır.
Qeyd edək ki, ekran işinin ilk olaraq TV8-də yayımlanması planlaşdırılırdı.
Onu da bildirək ki, serialda Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun ölümsüz əsəri “Füzuli kontatası” səsləndirilmişdi.