Türkiyənin məşhur aktyoru Çağatay Ulusoyun yeni layihəsində Azərbaycanla bağlı detal diqqət çəkib.
OLAY yazır ki, “Netflix”də yayımlanması gözlənilən “Terzi” serialında Şövkət Ələkbərovanın ifasında Cahangir Cahangirovun ölümsüz əsəri “Füzuli kontatası” səslənib.
Birinci bölümdən olan səhnə sözügedən platformada paylaşılıb.
Qeyd edək ki, mayın 2-i təqdim olunacaq serialda Olqun Şimşek, Salih Bademci kimi simalar da rol alıb.