Keçmiş həyat yoldaşı, aktyor Conni Depp ilə yaşadığı qalmaqalları səngiyən amerikalı aktrisa Ember Hörd karyerasında geri dönüş edəcək.
OLAY yazır ki, sənətçi “Aquaman and The Lost Kingdom” filmi ilə tamaşaçı qarşısına çıxacaq.
Belə ki, E. Hörd bu ekran işində Mera obrazını canlandıracaq.
Onu da xatırladaq ki, sənətçi ötən il “korlanmış imic” adlandırıldığı üçün son anda “Aquaman” filmindən qovulmuşdu.
Qeyd edək ki, Ember Hörd məhkəmədə Conni Deppə uduzduğuna görə, ona 1 milyon dollar məbləğində təzminat ödəyəcək.
Nigar Namiq