Sağalmaz xəstəlikdən əziyyət çəkən, məşhur aktyor Brüs Uillisin ilk nəvəsi doğulub.
OLAY yazır ki, 68 yaşlı sənətçinin qızı Rumerin qız övladı dünyaya gəlib.
Rumer bu barədə paylaşımında “Luetta İsli Tomas Uillis. Sən saf bir sehrsən”, - deyə, yazıb.
Onu da qeyd edək ki, Rumer Uillis Brüs Uillis və aktrisa Demi Murun qızıdır.
Xatırladaq ki, afaziya (formalaşmış nitqin sistem pozğunluğu) diaqnozu qoyulan Brüs Uillis karyerasını sonlandırıb. Bundan başqa, o, xəstəliyi ilə əlaqədar 65 milyon dollar dəyərində əmlakını satıb.
Nigar Namiq