Keçən həftə premyerası olan “Super Mario qardaşları” filmi zirvədədir.
OLAY yazır ki, ekran işi ən böyük qlobal açılış etdikdən sonra liderlik kürsüsünü əldən vermək istəməyib. Layihə 58,2 milyon dollar gəlir əldə edib və ABŞ-da kassada birinci olub.
Qeyd edək ki, layihənin rejissorları əvvəllər “Teen Titans Go!” çizgi serialı üzərində işləmiş Maykl Jelenik və Aaron Horvatdır. Rolları Kris Prett, Anya Teylor-Coy, Çarli Dey, Cek Blek və Set Rogen ifa edib.