Film / Serial
Film / Serial

“Super Mario” filmi gəlir

“Super Mario” filmi gəlir

Kris Prattın baş rolda olduğu “Super Mario” filminin ilk tizeri oktyabrın 6-da yayımlanacaq.

OLAY yazır ki, bu barədə “New York Comic Con” mədəniyyət festivalının nümayəndələri tvitterdə məlumat veriblər. Ekran işi nümayiş etdiriləcək tizerdən bir müddət sonra internetdə yayımlanacaq. Treylerdə nələrin göstəriləcəyi məlum deyil.

Qeyd edək ki, layihənin rejissorları əvvəllər “Teen Titans Go!” çizgi serialı üzərində işləmiş Maykl Jelenik və Aaron Horvatdır.

Rolları Chris Pratt, Anya Taylor-Joy, Charlie Day, Jack Black və Set Rogen ifa edib.