Kris Prettin baş rolda olduğu “Super Mario” filmi tarixin ən çox gəlirli açılış edən animasiya filmi olub.
OLAY yazır ki, “The Super Mario Bros Movie” adı ilə yayımlanan layihə “Frozen 2”ni geridə qoyub.
7 apreldə təqdim edilən film 377 milyon dollar gəlirlə, əvvəllər 358 milyon dollar kassa gəliri əldə edən “Frozen 2”ni keçib.
Qeyd edək ki, layihənin rejissorları əvvəllər “Teen Titans Go!” çizgi serialı üzərində işləmiş Maykl Jelenik və Aaron Horvatdır.
Rolları Kris Prett, Anya Teylor-Coy, Çarli Dey, Cek Blek və Set Rogen ifa edib.