“Kuş uçuşu” serialının 3-cü sezonunda çəkiliş heyəti arasında narazılıq yaşanıb.
OLAY yazır ki, buna səbəb aktyor İbrahim Çelikkolun çəkilişə qatılmaması olub. Belə ki səhər saatlarında çəkiliş meydançasına gələn sənətçi vəziyyətinin yaxşı olmadığını bildirib. Komanda isə onun üçün təcili tibbi yardım xidməti çağırıb. Həkimlərin müdaxiləsindən sonra istirahət edən Çelikkol oyanıb çəkilişə qatıla bilməyəcəyini söyləyib.
Onun evə getməsi serial heyətinin narazılığına səbəb olub. Eyni hal sonrakı çəkilişdə də yaşanıb.
Qeyd edək ki, İbrahim “Bir zamanlar Çukurova” serialının çəkilişlərində də problem yaratmışdı.