“Kızılcık şerbeti”nin ulduzu Müjde Evrim Alasya serialın 5 həftəlik cəzasına etiraz edib.
OLAY yazır ki, bununla bağlı sənətçi sosial şəbəkə hesablarında status paylaşıb.
“Qadına şiddətə görə narahat olanlar real həyatda da eyni problem üçün belə narahatlıq hissi yaşayırlarmı? Xeyli insanı bir anda işsiz qoydular. Günahı böyükdür”, - deyə, aktrisa bildirib.
Qeyd edək ki, sözügedən ekran işinə Türkiyənin televiziya və radio şurası (RTÜK) qadına şiddət səhnələrinə görə 5 həftəlik yayım qadağası tətbiq edib.