Film / Serial
Film / Serial

“Stranger Things” yenidən çəkilir

“Stranger Things” yenidən çəkilir

“Stranger Things”in yaradıcıları “Netflix” üçün daha bir serial hazırlayır.

OLAY yazır ki, bu dəfə “Daffer qardaşları” cizgi serial ərsəyə gətirəcək:

“Uşaq yaşlarımızdan hər şənbə səhəri, izlədiyimiz cizgi filmləri üslubunda “Stranger Things”adı altında animasiya hazırlamağı düşünürdük. Bu arzunun gerçəkləşdiyini görmək, əlbəttə ki, həyəcan vericidir”

Yeni serialla bağlı daha ətraflı məlmat verməyən qardaşlar rekord qıran serialın finalından Stranger Things-i müxtəlif yollarla yaşatacaqlarını açıq şəkildə təsdiqləyiblər.

Qeyd edək ki, “Stranger Things” platformanın ən reytinqli seriallarındandır. 582 milyon saat izlənilən 3-cü sezon “Netflix Top 10” siyahısında ən populyar 2-ci ingilis dilli serial olub.